10 dekabr 2016-ci ildə tarixində Qubadlı rayonundan məcburi köçkün Qəhramanov Anar Səməd oğlundan redaksiyamıza müraciət daxil olmuşdur. Müraciətində A.Qəhramanov bildirib ki, Azərbaycanda rüşvətxorluq və süründürməçiliyin əlindən, həmçinin həbsi üçün yenidən riski nəzərə alıb, ölkəni tərk etmək məcburiyyətində qalıb:
“Baxmayaraq ki, taksi xidməti göstərən zaman 2015-ci ildə 05 fevraldan 6 fevrala keçən gecə ağır bıçaq xəsarəti alaraq, xəstəxanaya yerləşdirildim. Zərərçəkən olaraq hüquqlarım tanımaq əvəzinə ölkədəki korrupsioner ordusunun səyləri nəticəsində həbsdən canımı qutarıb ölkəni tərk etmək məcbiriyyətində qaldım. Bu günə qədər bütün imkanlardan istifadə edib, aidiyyati dövlət qurumlarina müraciət etmişəm, bütün şikayətlərim və müraciətlərim hamısı nəticəsiz qalıb. Hətta bir neçə media orqanları vasitəsilə də başıma gələnləri səsləndirsəm də, hər hansı ciddi reaksiya olmamışdır. Çox düşündüm ki, Azərbaycanda qalıb bütün hüquqi imkanlardan istifadə edib hüquqlarimı bərpa edərəm. Lakin pulun və rüşvətin meydan oxudugu bir cəmiyyətdə mubarizə aparmaq çətindir. Amma susmayacam, harada oluramsa olum mübarizəmi davam etdirəcəm. Əgər cinayətkarlar cəzalanmasa müxtəlif formalarda aksiyalar təşkil edəcəm. Yenidən beynəlxalq insan hüquqlari təşkilatlarına və nüfuzlü ölkələrin xarici işlər nazirliyinə, dövlət başçılarına və digər aidiyyati qurumlara müraciət edəcəyəm”.