Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Vəkil: ”Qiyas İbrahimova həyəti süpürdürlər”

Elçin Sadıqovu saxlanılan gənclərlə görüşə buraxmırlar

“İndi Nərimanov Rayon Polis İdarəsindəyəm. Bayram Məmmədov və Qiyas İbrahimovla görüşməyə gəlmişəm.

Müvəqqəti saxlama yerinin(MSY) qarşısına gedəndə gördüm ki, Qiyası MSY-nin həyətini süpürməyə məcbur edirlər. Üzündən görünürdü ki, onu çox qorxudurlar».

Bu fikirləri vəkil Elçin Sadıqov öz Facebok səhifəsində yazıb. Vəkil bildirib ki, buna etiraz edib və onu MSY-nin həyətindən çıxarıblar: «Görüşə icazə vermədilər. İndi polis idarəsinin qarşısındayam

Bayram Məmmədova və Qiyas İbrahimova işgəncə verilməsi, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar edilməsi Nərimanov Polis İdarəsinin MSY-nin həyətinin təhlükəsizlik kameralarına düşüb».

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir