Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Güclü külək Ağstafada fəsadlar törədib

Günorta saatlarından əsməyə başlayan güclü külək Ağstafa rayonunda fəsadlar törədib.
Rayonun kəndlərində, əsasən də Poyluda bəzi evlərin dam örtüyü qismən dağılıb, elektrik naqilləri sıradan çıxıb və enerjinin verilişi 3 saata yaxın dayandırılıb.
Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində hazırda elektirik təsərrüfatında yaranmış problemlər aradan qaldırılıb və kəndlərdə enerjinin verilişi bərpa olunub. Küləyin sürətinin isə hazırda azaldığı bildirilir.
Ölkənin Qərb bölgəsində güclü külək bir neçə gündür davam edir. Hazırda Qazax, Tovuz, Daşkəsən və Şəmkir rayonlarında küləkli hava müşahidə olunur.(Report)

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir