Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Qarabağda döyüşlər başladı – rəsmi-yenilənib

“Ermənilərin cəbhədə təxribat törətməsi ilk dəfə deyil. Onlar müxtəlif bəhanələrlə həmişə belə təxribatlara əl atırlar. Görünür ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkmək istəmirlər”.
APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov cəbhədə vəziyyətin gərginləşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.
Ə. Əhmədov qeyd edib ki, ermənilərin cəbhədə təxribatı məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törətmələri onların xislətindən xəbər verir: “Əminəm ki, Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz həmişə olduğu kimi, bu dəfə də erməni təxribatına layiqli cavab verəcək, düşmən itkilər verərək, təxribat törətdiyinə görə peşman olacaq.
Azərbaycan ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa təxribatlara cavab verməyə, daha geniş miqyaslı döyüşlərə hazırdır”.
***
Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin Xocavənd-Füzulu istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.
Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir