“Bavariya” Çempionlar Liqasında yeni rekorda imza atıb.
Qol.az-ın xəbərinə görə, Münhen klubu ardıcıl 16-cı ev oyununda qalib gəlməklə ÇL tarixində ən uzun qələbə seriyasının müəllifi olub.
Karlo Ançelottinin komandasının bu rekordu 1/8 finalın “Arsenal”la ilk oyununda (5:1) qeydə alınıb.
Bundesliqa təmsilçisi sonuncu dəfə 2014-cü ilin aprelində öz meydanında “Real”a uduzub – 0:4.