Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Azərbaycanda Probasiya Xidməti yaradılır

Prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi məqsədilə Probasiya Xidmətinin  yaradılması barədə sərəncam imzalayıb.

Sənədə əsasən Ədliyyə Nazirliyinə penitensiar müəssisələrin modernləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin yaxşılaşdırılması tapşırılıb.

Həmçinin Ədliyyə Nazirliyinə tapşırılıb ki, probasiya xidmətinin təşkili ilə əlaqədar təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etsin.

Bu barədə rəsmi məlumatda bildirilir. Ancaq yeni qurumun funksiyasının nədən ibarət olacağı açıqlanmır.

Beynəlxalq praktikaya əsasən probasiya elə cəza növüdür ki, məhkum xüsusi orqanların nəzarəti altında məhkəmə tərəfindən  müəyyən edilən sınaq müddətinə saxlanılır. Yəni, məhkəmə şəxsiyyəti, şəraiti və s.  nəzərə alaraq məhkumun azadlıqdan məhrum edilmədən islah oluna biləcəyini mümkün hesab edir və onu həbsdən buraxır. Faktiki olar probasiya istintaq altında olanın və dustağın davranışını izləyən alternativ cəza sistemidir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir