Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Vəkil: “Bu, istintaq deyil, cəzadır”

AXCP fəalı Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev müvəkkilinin səhhətinin pisləşməsi ilə əlaqədar tibbi eksprtiza keçirilməsi və onun həbsdə saxlanmasının mümkünsüz olduğu barədə vəsatətə cavab almayıb. Vəsatətin verilməsindən üç həftə keçsə də, cavab verilməyib.

Bu arada, ağ ciyər xəstəliyindən əziyyət çəkən Əhmədlinin səhhətində ciddi problemlər davam edir, vəkil dünən onunla görüşdə buna qənaət gətirib.

İstintaq Əhmədlinin ailə üzvlərindən götürülmüş pensiya kartlarının, kompüterin və digər əşyaların qaytarılması haqqında vəsatətə də baxmayıb.

Vəkilin sözlərinə görə, həbs müddətinin uzadılmasına baxmayaraq, heç bir istintaq hərəkəti aparılmır.

“Həbs qəti-imkan tədbiri istinatq hərəkətlərilə bağlı martın 12-nə kimi olmaqla iki ay müddətinə uzadılıb. Artıq bir ay keçib. Nə istinataq hərəkətləri var, nə müstəntiqin səsini eşdirik. Bu nə istintaq,nə də həbs müddətinin uzadılması deyil. Bu cəzadır”, deyə Mustafayev bildirib.

* AXCP fəalı Fuad Əhmədli 2016-cı il avqustun 18-də əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs olunub.

Baş Prokurorluğun və Dövlət Təhlükəsizlik Xidmətinin birgə bəyanatında “Azərfon” MMC-nin “Zəng mərkəzi”ndə operator işləyən Əhmədli gizli məlumatların xususi şəxslərə ötürülməsində ittiham olunub.

Əhmədli həmçinin Türkiyədə dövlət çevrilişi hazırlamaqda ittiham olunan ilahiyyatçı Fətullah Gülənin şəbəkəsi ilə əlaqəsi olan şəxs adlandırılıb.

Amma Əhmədli bütün bu ittihamları təkzib edir, həbsinin AXCP sıralarında müxalifət fəaliyyəti ilə bağlıdır.

Hüquq-mühafizə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir