Banklarda dollar satışının dayandırılması “qara bazar”da valyuta mübadiləsini bahalaşdırıb. Fins.az-ın əldə etdiyi məlumatlara görə, bu gün “qara bazar”da 1 ABŞ dolları 1. 9100 manata satılır.
Dolların alışı isə 1.9000 manat müəyyən edilib. Bəzi məntəqələrdə isə ABŞ valyutası hətta 1.9300 manata satılır.
Xatırladaq ki, dekabrın sonlarında “qara bazar”da fəaliyyət göstərən bir neçə nəfərin məsuliyyətə cəlb olunmasından sonra valyuta mübadiləsi ucuzlaşmışdı. Dollar alan və satanların cərimələnməsi və həbs edilməsi “qara bazarı” zəiflətmişdi. Ancaq yeni ildən bazar yenidən canlanıb. Valyutanın satış məzənnəsinin bahalaşması bunu deməyə əsas verir.