Sabiq deputat Gülər Əhmədova yeni işə başlayıb. Bu barədə məlumatı BakiPost.az-a psixoloq Dəyanət Rzayev verib. Bildirib ki, psixologiya elmləri namizədi və pedaqoq Gülər Əhmədova Psixoterapiya Mərkəzində fəaliyyətə başlayıb: “Gülər xanıma bu işi biz özümüz təklif etdik. Bilirik ki, bu sahənin mütəxəssisidir, böyük təcrübəsi var”.
D.Rzayevin sözlərinə görə sabiq deputat bu gündən işə başlayıb: “Artıq fəaliyyətə başlayıb. Bizim mərkəzdə psixoloq kimi işləyəcək. Bundan başqa, təlimlər keçəcək, müəyyən tədbirlər təşkil edəcək”