Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Xuraman Vəfa etiraz etdi: “. Əgər enerjiyə qənaət lazımdırsa”

“Mediafakt” xəbər verir ki, şairə publisist Xuraman Vəfa Taarif Şurasının qaz və işıq qiymətlərinin artırılması ilə bağlı qərarına etiraz edib. Onun sözlərinə görə siyasi, iqtisadi böhranın gərgin vaxtıında qaz və işığın qiymətlərinin artırılması doğru deyil. “Bu danılmaz bir faktdır ki, son bir ildə manatın iki dəfə dəyərini itirməsi, devalvasiyaya uğraması əhalinin alıcılıq qabiliyyətini kəskin aşağı düşürdü. Bir çox adamlar iş yerlərini, obyektlərini bağlamaq məcburiyyətində qaldı. Üzücü olan odur ki hələ də büdcə gəlirlərinin artmasından danışırlar. Mənə elə gəlir ki, onlar ya iqtisadi təhlil bilmirlər, ya da əhaliyə düzgün məlumatlar vermək istəmirlər”.

 

Tarif Şurasının qaz və işıq qiymətləri ilə bağlı verdiyi qərarı tələsmiş hesab edən şairə xanım bildirir ki, il ərzində 1500 kub qaz istifadə edən istehsalçılar üçün ikiqat taarif qiymətinin artımı o deməkdir ki, əhalinin 80-90 faizinə bu qərar şamil ediləcək. “Hesab edirəm ki, bu sosial siyasətə uyğun bir addım deyil, çünki burada əhalinin orta aylıq, o cümlədən orta illik əmək haqqı nəzərə alınmalı idi. Maaşların artırılmadığı bir zamanda taarif qiymətinin iki dəfə qaldırılması onsuz da ehtiyac içində olan əhalinin vəziyyətini daha da kritikləşdirir. Əgər tarifləri qaldırmaq ehtimalı var idisə, öncə maaşların qaldırılması nəzərdə tutulmalı idi. Çünki, madiyyat problemi bütün evlərdə var, illərdir bank faizləri vətəndaşların bellərini qırıb. Artıq qışdır , ən minimum qaz və işıq istifadə edilən evdə aylıq ödəmə 25-35 manat təşkil edir. Buna hər gün artmaqda olan dərman preparatların pulunu əlavə etsək, vətəndaşa verilən maaş bunlara yetirmi?”

 

Xuraman xanımın fikrincə ölkədə fəaliyyət göstərən iqtisadi ekspertlər bir nəfərə düşən xərci və gəliri hesablasalar, əhalinin necə yaşadığını açıq- aydın görərlər. “İstəmirəm ki, inkişaf etməkdə olan Azərbaycanımız maddiyatla imtahana çəkilsin. Çox şükür bu gün Azərbaycan layiqli yerdədir, bu, hamımızı sevindirir. Əgər enerjiyə qənaət lazımdırsa, yarımçıq tikililərdə axşamdan səhərə qədər birinci mərtəbədən son mərtəbəyə qədər yanan işıqları söndürsünlər. Burada enerji sərfiyyatı bəlkə də bir rayonun aylıq enerji sərfiyyatına bərabərdir.”

 

Dolların məzənnəsinə görə bazarlarda ərzaq qiymətlərinin bahalaşmasından da danışan X.Vəfa bildirir ki, söhbət manatın məzənnəsini saxlamaqdan gedirsə, idxalla, ixraca nəzər salaraq fərqi görmək lazımdır. “Başa düşmək olmur ki, bu bazar iqtisadiyyatıdır, yoxsa bazar alveri? İqtisadçılar bu qiymət artımını ciddi təhlil etməlidirlər. Bu gün bu probelmləri aradan qaldırmaq üçün ilk olaraq, süni yaradılmış iqtisadi böhranı aradan qaldırmaq lazımdır. Nə qədər ki, sərbəst iqtisadiyyat önə çəkilməyəcək, fürsət düşkünləri öz mənafeləri üçün son həddən də istifadə edəcəklər”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir