SOCAR-ın hesabatlarına əsasən qaz hasilatı və paylanması istiqamətində əldə etdiyi gəlirlər çox cuzidir.
Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. “Hətta bu kommunal xidmətlərin qiymətini artımından sonra belə şirkətin əldə edəcəyi gəlirlər xərclərinin bağlanmasına imkan yaradır.”
Kommunal xidmətlərin qiymətlərinin artırımasının təsirləri qiymətləndirilib. Mənfi təsirlərin yumşaldılması üçün əlavə sosial yardımlar göstəriləcək. Əlavə gəlirlər hesabına ünvanlı sosial yardıma əlavə vəsait ayrılacaq və ehtiyac meyarı artırılacaq. O qeyd edib ki, həmçinin “Azərenerji”nin qalan borcu dövlət büdcəni hesabına ödəniləcək.