Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Azərbaycan millisi AÇ-nin seçmə mərhələsini qələbə ilə başa vurub

f17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün qrupda son oyununu keçirib.

Vüqar Məmmədin yetirmələri Rumıniyada təşkil olunan VI qrupda son oyununa çıxıb. Rəqib meydan sahibləri olub.

Hər iki yığma qrupda keçirdiyi ilk 2 oyunda uduzaraq növbəti mərhələyə çıxmaq şanslarını itirdiyi üçün bu görüş formal xarakter daşıyıb.

Millimizi mübarizəni 3-cü pillədə bitirmək üçün heç-heçə də qane etdiyi halda, rəqib üzərində qalib gəlmək mümkün olub. Qələbə topunun müəllifi turnirdə komandanın aktivində olan hər 2 qolu öz adına yazdıran Xaqani Səfərov olub. Bununla da millimiz qrupda mübarizəni təsəlli qələbəsi ilə başa vurub.

Avropa çempionatı, ilkin seçmə mərhələ

30 oktyabr

17:00. Azərbaycan – Rumıniya – 1:0

Qol: Xaqani Səfərov, 29

Baş hakim: Petur Raynert (Farer adaları)

Rumıniya, Buftya. FRF-nin Futbol Mərkəzi

(Report)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir