Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Mitinqdə tutulanlara sutkalıq həbs verildi

images-cms-image-000025949Yasamal Rayon Məhkəməsinin qərarı ilə Toghrul İbrahim, Məcnun Əhməd, RusLan Qarayev, Elton Alı,  Ülfət Həsənqarayev, Nuru Nuruzadə,  Kazım İmanov, Dəyanət Əliyev,  Şəmistan Şahverdiyev, Məmməd Baləmmədov, Araz Səməd və Orxan Carçı hər biri inzibati qaydada 8 sutka müddətinə azadlıqdan məhrum ediliblər. Nurlan Sarıyev isə 200 manat cərimə olunaraq məhkəmə zalından sərbəst buraxılıb.

***

17 sentyabr mitinqinə görə həbs edilənlərdən 14 nəfəri bu dəqiqələrdə Yasamal Rayon Məhkəməsinə gətirilib. Bu haqda “Azadlıq”ın məhkəmə qarşısındakı əməkdaşı məlumat verib.

***

Milli Şuranın 17 sentyabr mitinqinə görə həbs edilənlərdən 14 nəfəri hələ də Yasamal RPİ polis bölmələrində saxlanılırlar. Onlar sentyabrın 18-də Yasamal Rayon Məhkəməsinə gətirilsələr də, az sonra yenidən saxlandıqları bölmələrə qaytarılıblar. AXCP-dən verilən məlumata görə, saxlanılanların 19 sentyabrda yenidən məhkəməyə aparılacağı, gecə isə bölmələrdə qalacağı deyilib. Saxlanılanlar bunlardır:

29-cu bölmə

Toğrul İbrahim – AXCP
Ruslan Qarayev – AXCP
Nuru Nuruzadə – AXCP
Elton Əli – AXCP
Emin Manıyev- AXCP

28-ci bölmə

Məcnun Əhməd – AXCP
Şəmistan Şahverdiyev
Məmməd
Kərim (və ya Kazım)

27-ci bölmə

Araz Səməd – AXCP
Orxan Carçı – Jurnalist
Ülfət Həsənqarayev
Dəyanət Əliyev
Nurlan (Biləsuvar)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir