Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Siyasi məhbus aclığı dayandırıb

movsum-semedovAzərbaycan İslam Partiyasının həbsdə olan lideri, siyasi məhbus Mövsüm Səmədov 17 gün davam edən aclıq aksiyasını dayandırıb. Bu haqda onun vəkili Yalçın İmanov məlumat verib.

Vəkil sentyabrın 15-də Səmədovun saxlandığı Qobustan həbsxanasında onunla görüşüb.

Vəkilin sözlərinə görə, M.Səmədov aclığı bu gün səhər saat 9 radələrində dayandırıb. Bu gün həmçinin Səmədovun cərimə təcridxanasında (karser) saxlanma müddəti başa çatdığından o, kameraya qaytarılıb.

M.Səmədov avqust ayının 29-dan aclıq aksiyası keçirirdi. O, 26 sentyabrda keçiriləcək referenduma etiraz olaraq aclığa başlamışdı.

Aclığa başladığına görə, avqustun 31-də 15 gün müddətinə karserə salınmışdı.

Vəkil deyir ki, Səmədovun səhhətindəki ümumi halsızlıq hələ də davam edir: “Təzyiqi düşür, səhhətində problemlər var. Karserə salınandan 8-9 gün sonra Qırmızı Xaçın nümayəndələri Mövsüm Səmədova baş çəksələr də, hazırda heç bir həkim nəzarəti yoxdur”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir