Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Xəbərlər

Cahangir Hacıyev məhkəmədə: “Samir Şərifov burada yanımda əyləşməlidir”

cahangir-samirBeynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin məhkəməsi davam edir.

Bugünkü prosesdə Cahangir Hacıyevin vəkilləri bir neçə vəsatət qaldırıblar. Vəsatətlər Hacıyevin şüşə qəfəsdən çıxarılması, həbs-qətimkan tədbirinin dəyişdirilməsi, maliyyə naziri Samir Şərifovun dindirilməsi və cinayət işinə xitam verilməsi barədə olub.

Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərin rədd edilməsini istəyib. Bildirib ki, sübutları tədqiq etmədən cinayət olmadığını demək, işə xitam vermək olmaz. O, hazırkı mərhələdə Samir Şərifovun çağırılıb dindirilməsinə və həbs-qətimkan tədbiri dəyişdirilməsinə əsas olmadığını da deyib.

Cahangir Hacıyev vəkillərinin vəsatətlərini müdafiə edib.

Keçmiş bank prezidenti deyib ki, cinayət işi başlayanda o, müalicədə olub. Buna baxmayaraq, zənglə məlumat alan kimi ölkəyə qayıdıb. Nə vaxt istintaqa çağırılıbsa, gedib. “Əgər günahım olsaydı, vətənə qayıtmazdım. Nə vaxt dəvət ediblər, özüm getmişəm istintaqa. 11 dəfə ifadə vermişəm. Dekabrın 4-də barəmdə həbs qərarı çıxarılıb, 38 gün bandotdeldə qanunsuz saxlanılmışam”, – deyə Hacıyev bildirib.

C.Hacıyev deyib ki, istintaq qeyri peşəkar və qərəzli aparılıb. “İttiham aktında 49 fiziki şəxsə kredit verilməsilə bağlı məlumat yer alıb. Kreditlərin hansı trayektoriya üzrə ayrılması, necə ödənilməsilə bağlı sənədləri təqdim etmişik. Bu işdə mənimsəmə olduğu deyilir, amma pulu götürən şəxslərin heç biri pulu kimə – mənə və ya digər təqsirləndirilən şəxslərə verdiyini demir. Burada mənimsəmə hardadı?”, – deyə keçmiş bank prezidenti vurğulayıb.

C.Hacıyev də maliyyə naziri S.Şərifovun məhkəmədə ifadə verməsini istəyib: “Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri idi. Onlar bankda oturub bütün qərarlara qol çəkirdi. Audit Komissiyasında, Maliyyə Şurasında, bankın İdarə Heyətində olan şəxslərlə bağlı ittiham aktında heç nə yoxdur. Onlar mütləq araşdırılmalıdı. Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada mənim yanımda əyləşməlidir. Bunu sübut edən faktlarım var. Bəzi kreditlərin ödənilmədiyi deyilir. Lakin onların ödəniş vaxtı başa çatmayıb. İndi hamının krediti var. Ölkədə 2 milyon insanın kredit borcu olduğu bilinir. Onda bank sistemini ləğv edib, kredit verənləri tutmaq lazımdı?”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir