AXCP sədri Əli Kərimli ReAl hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsini pisləyib və ona azadlıq tələb edib. Ə.Kərimli bu barədə fikrini feysbuk səhifəsində paylaşıb.
REAL hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli bu gecə həbs edilib. Gecə saat 11-də vəkilsiz keçirilmiş məhkəmə qanunsuz sahibkarlıqda təqsirli bilərək Natiq bəy haqqında 4 ay müddətində həbs qətimkan tədbiri seçib. Natiq bəyin ictimai-siyasi fəaliyyətinə görə həbs edildiyinə əminəm. Bu həbsi siyasi repressiya kimi qiymətləndirirəm və Natiq bəyə azadlıq tələb edirəm!