Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Hakimiyyət daxilində “yeni parlament” davası

 

milli-meclisReferendumdan sonra Milli Məclisin buraxılıb-buraxılmaması ilə bağlı komandada ziddiyyətlər baş qaldırıb

Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumdan sonra prezident seçkiləri keçiriləcək, daha sonra isə parlament buraxılacaq. Redaksiyamıza daxil olan məlumata görə, Ilham Əliyevin bu planının kökündə Milli Məclisə inamsızlıq dayanır. Baxmayaraq ki, parlament tam olaraq hakimiyyətin nəzarətindədir. Qaynağımız iddia edir ki, ölkə başçısında Milli Məclisin indiki tərkibinə inamsızlıq hakimiyyətdaxili ziddiyyətlərlə bağlıdır.

Istiqlal.az saytı da təxminən oxşar məlumat yayıb. Lakin saytın məlumatında Milli Məclisin buraxılması “Gülən camaatı” yaxın deputatları çoxluğu ilə izah olunun: “Təxmini hesablamalara görə, Milli Məclisin 125 depuatının 40 faizi bu və ya başqa formada Gülən camaatı ilə bağlıdır. Xüsusilə də biznesmen-deputatların əksəriyyəti Gülən seti ilə işgüzar münasibətlər qurub. Türkiyə hadisələri də göstərdi ki, bu təhlükəli şəbəkədir və istənilən an dövlətə ciddi problemlər yarada bilər. Ümumiyyətlə, bu referndumu zəruri edən səbəblərdən biri də bu şəbəkə ilə mübarizənin hüququ əsaslarını yaratmaqdır. Bu şəbəkə təkcə Elnur Aslanov, Ceyhun Osmanov və Qafqaz Universiteti ilə bitmir. Onlar aysberqin görünən hissələridir. Aysberqin suyun işində qalan hissələri isə görünən hissələrdən qat-qat çoxdur”.

Mənbənin sözlərinə görə, “Gülən camaatı” Azərbaycanın biznes mühitində kifayət qədər yaxşı təşkilatlanıblar. Onların dəstəkçiləri sırasında deputatlarla yanaşı, nazirlər, komitə sədrləri və dövlət şirkətinin rəhbərləri də var. Ona görə də hakimiyyət Türkiyədə çevriliş cəhdindən sonra refernduma getməyə məcbur oldu. Referendumdan sonra Milli Məclisin buraxılıb yenidən formalaşması hakimiyyətin prioritetlərinə  daxildir. Ardınca isə icra strukturlarında və dövlət müəssisələrində olan Gülən tərəfdarlarının təmizlənməsinə başlanılacaq”.

Məlumata görə, artıq “Gülən camaatı”na yaxın deputatlar referendum kampaniyasından kənarda saxlanılıb: “YAP-ı Milli Məclisdə 72 deputat təmsil edir. YAP rəhbərliyinin bu yaxınlarda keçirdiyi iclasda YAP-ın referendumda 24 səlahiyyətli nümayəndəsi təsdiqləniib. Bu 24 nəfərin 21-i YAP-ı parlamentdə təmsil edən deputatlardı. Yəni YAP-ı referendum kompaniyasında YAP-çı deputatların cəmi 30 faizi təmsil edir. Qalan deputatlara, xüsusilə də Gülən setinə yaxın deputatlara referendumda aktiv iştirak etmək yasaq edilib”.

Lakin müşahidələr göstərir ki, hakimiyyət daxilində Milli Məclisin buraxılmasına qarşı olan deputatlar da var. Məsələn, YAP-ın icra katibi Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib ki, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə ehtiyac yoxdur: “Növbədənkənar seçkilərlə bağlı deyilənlərsə kimlərisə şirnikləndirmək üçün ortaya atılan xülyadır. Prezident də seçilib, parlament də və onların öz müddəti var, bu müddət də başa çatmalıdır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir