Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm

Ermənistanın Ombudsmanı 2 şəxsin öldürüldüyünü, 6 nəfərin isə yaralandığını deyir

Qarabağda atəşkəs rejiminin pozulduğu haqda məlumatlar var

Ermənistanın Ombudsmanı Arman Tatoyan Xocavənd rayonunun Yenikənd ərazisi yaxınlığında 2 erməninin öldürüldüyünü və 6 nəfərin də yaralı olduğunu bildirib. O, bu barədə sosial şəbəkə hesabından paylaşım edib. Ombudsman bildirib ki, hazırda şiddətli atışmalar davam edir.

“Armenpress” isə “Artsax Müdafiə Nazirliyi”nə istinadən bildirib ki, göstərilən müddətdə Noraşen kəndi yaxınlığında qızğın mübahisə və döyüş səsi eşidiblər:

“Sonra atəş açdılar. Tərəfsiz araşdırma gözləyən “Artsax Müdafiə Ordusu”nun komandanlığı əldə olunan razılaşmalara əməl olunduğunu və atəşkəs rejiminə ciddi riayət etdiyini bəyan edir”.

Əsgəran rayonunun Xarav kənd sakini Andranik Kazaryan “Sputnik”in erməni bürosuna deyib ki, atəşkəs uzun zamandır pozulub və davam edir. Ancaq ölən və yaralananlar barədə informasiyaya malik deyil.

Oktyabrın 14-də Azərbaycan Ordusunun əsgəri Əfqan Həmzəyev həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi onun snayper atəşi nəticəsində həlak olduğunu bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanat yayıb. Qurum hesab edir ki, bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir: “Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir”.

Meydan Tv

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir