Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

MBH İrəvanda Tale Bağırzadəyə qarşı təxribatı pisləyib

“Bu günlərdə İrəvanda bir qrup separatçı tərəfindən keçirilən dəyirmi masada ölkəmizə qarşı yönələn təxribat xarakterli çağırışlar, eyni zamanda həmin tədbirdə Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin də adının çəkilməsi hər kəs kimi bizi də olduqca narahat etməkdədir”. Bu barədə Müsəlman Birliyi Hərəkatının

(MBH) iyunun 30-da yaydığı bəyanatda bildirilir.

Azərbaycanı gözü götürməyən xarıcı qüvvələr, ölkə daxilində həmin qüvvələrin əlaltısına çevrilənlər öz mənfur xislətlərini ortaya qoymaqdadırlar, deyə sənəddə vurğulanır.

“Bizi İrəvanda baş verən məlum hadisədən daha çox narahat edən bu tədbiri ” ermənilər Tale Bağırzadəyə dəstək verdi ” başlığı ilə manşet edən bəzi xəbər saytlarının təxribatçı fəaliyyətidir. Görünən budur ki, Haqdan, ədalətdən uzaq düşənlər, millət vətən sevgisindən də uzaqdırlar. Çünkü işğalçı ermənistanda çox gözəl anlayır ki, Qarabağı işğaldan azad edə biləcək potensial güc Hüseyni əqidədə olanların gücüdür. Elə ona görədə aprel döyüşləri zamanında birbaşa ermənistanın o vaxtki rəhbərinə zindandan təhdid dolu məktub yazaraq ölkəmizin işğal olunmuş torpaqlarından çıxmasını tələb edən Tale Bağırzadənin adını dilə gətirməklə onun nüfuzuna xələl gətirmək istəyirlər. Və bəzi daxili satqınlarda buna dəstək verirlər. Amma hər zaman olduğu kimi, Allaha güvənənlərin yardımı Ondandır. İzzəti Allahdan olanın məqamı hər zaman ucadır. Bizlərə “terrorçu”, “ekstremist” deyib bir şeyə nail ola bilməyənlər “ermənipərəst” deyib nəyəsə nail olacaqlarını düşünməsinlər”, – deyə daha sonra MBH davam edir.

Eyni zamanda təşkilat bildirir ki, o yığıncaqda olanlar Talışların adından danışır və Azərbaycanda həm də milli zəmində təxribat çağırışları edirlər. Birinci Qarabağ müharibəsi zamanında vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə xeyli şəhid vermiş Talışlar Azərbaycanın ayrılmaz hissəsidir. Bu təxribat planında Tale Bağırzadəylə yanaşı talış camaatının da adının çəkilməsi ölkəmizə qarşı məkrli bir oyunun göstəricisidir.

“Belə ki, biz MBH olaraq bu tədbiri separatçı qüvvələrin Azərbaycan Respublikasına qarşı növbəti təxribatı kimi qiymətləndiririk və bu xəbəri yayanları da separatizmə dəstək verənlər kimi görürük. MBH olaraq açıq – aşkar bəyan edirik ki, Azərbaycanın müstəqilliyi, bütövlüyü müzakirə mövzusu ola bilməz, işğal altında olan torpaqlarımız düşmən tapdağından tez bir zamanda azad olunmalı, haqq-ədalət ölkəmizdə öz yerin tutmalıdır”, – bəyanatın sonunda vurğulanır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir