Qarabağ qaçqınları onlara mənzil verilməsi tələbi ilə Bakıda avtomobillərin hərəkətini dayandırıblar.
“Hökumətdən bizə vəd edilən, amma verilməyən mənzilləri istəyirik”, deyə aksiya iştirakçılarından biri bildirib.
Onlarla insanın iştirak etdiyi aksiya 10 dəqiqə davam edib və polis tərəfindən məcburi şəkildə dağıdılıb.