Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Münhendə terror: ölənlər var FOTO VİDEO Yenilənir

muhneh terror polis

Ticarət mərkəzində baş verən atışma zamanı ölənlərin sayı 8-ə çatıb.

Polis digər federal torpaqlardan xüsusi təyinatlıların gəlməsini gözləyir.

***

Münhendə baş verənlər səbəbində Almaniya hökuməti fövqəladə iş rejiminə keçib.

***

Münhen dəmir yolu vağzalının bağlanması səbəbindən xeyli sayda sərnişin, o cümlədən turist yolda qalıb. Günün sonuna qədər vağzalın fəaliyyətinin bərpa ediləcəyi gözlənilmir.

Münhen polisi hadisədən sonra barəsində məlumat olmayan şəxslərin yaxınları üçün qaynar xətt açıb.

***

Polis terror hadisəsinin radikal dini qruplaşma üzvləri tərəfindən törədilməsi barədə məlumata malik deyil. Bu barədə polisin yaydığl məlumatda deyilir.

***

Son məlumata görə, ölənlərin sayı 6 nəfərdir. Onlarla yaralı var.

***

Münhendə baş verən terror səbəbindən Çexiya Bavariya ilə sərhədlərinə nəzarəti gücləndirib.

***

Hadisə şahidlərin ticarət mərkəzində 3 nəfər atəş açdığını deyib. Eyni zamanda Münhenin 3 yerində atəş səslərinin eşidildiyi deyilib. Polis şəhərdə geniş əməliyyat aparır. Əməliyyata helkopterlər də cəlb edilib.

Məlumata görə, 3 silahlı şəxsi axtarır.

Baş verənlər terror aktı kimi qiymətləndirilib.

Katwarn məlumatlandırma sistemi vasitəsilə insanlardan küçələrə çıxmamaq xahiş edilir.

***

Almaniya mətbuatı bildirir ki, Münhenin mərkəzində yerləşən «Marienplatz» metro stansiyasının yaxınlığında da naməlum şəxslər tərəfindən atəş açılıb.

Bu barədə rəsmi informasiya yoxdur. Ölən və ya yaralananlar barədə məlumat verilmir.

Münhenin mərkəzi vağzalı tam evakuasiya edilib. Qatarların hərəkəti dayandırılıb. Şəhər nəqliyyatının da hərəkəti tam dayandırılıb. Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçib.

Münhen hava limanının iş rejimində dəyişiklik yoxdur.

***

«Bild» nəşri xəbər verir ki, atəş açanlar ən azı 3 nəfər olublar. Bavariya torpağının DİN başçısının sözlərinə görə, cinayətkarların yaxalanması məqsədilə şəhərdə irimiqyaslı polis əməliyyatı həyata keçirilir.

***

Ölənlərin sayı ilə bağlı müxtəlif məlumatlar yayılır. Bəzi mənbələr 10, bəziləri 5, bəzilər isə 3 nəfərin öldüyünü, xeyli sayda insanın yaralandığını deyir.

***

Almaniya polisi Münhen sakinlərinə müraciət edərək, hadisənin baş verdiyi Olimpiya parkından uzaq durmağa çağırıb. Ticarət mərkəzindən insanlar evakuasiya edilib.

15 nəfərin öldüyü bildirilən hadisə ilə əlaqədar rəsmi məlumat hələ də yoxdur.

***

Almaniyanın Münhen şəhərində Moozax rayonunda Olympia-Einkaufszentrum ticarət mərkəzində naməlum şəxs sakinlərə atəş açıb. Hadisənin ticarət mərkəzinin aptekində baş verdiyi deyilir. Nəticədə 15 nəfər həlak olub. Sueddeutche Zeitung nəşrinin məlumatına görə, atəş açan şəxsin kimliyi məlum deyil.

Ticarət mərkəzinin ətrafı polis tərəfindən mühasirəyə alınıb, lakin insident barədə dəqiq məlumat əldə etmək çətindir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir