“Rəqəmsal İnkişaf İB-yi “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının” maliyyə yardımı ilə artıq may ayndan başlayaraq “Rəqəmsal alətlərlə gənclərin dayanıqlı inkişaf bacarıqlarının təkmilləşdirilməsi yönündə tədbirlərin təşkili” layihəsini həyata keçirir.
Layihənin məqsədi gənclərin yaradıcı təfəkkürünü rə qəmsal texnologiya və iqtisadi yeniliklərlə uzlaşdırılmasına nail olmaqdır. Gənclər dövlətin əsas aparıcı təbəqəsi olmaqla yanaşı, eyni zamanda əmək qabiliyyətli əhalinin əsas hissəsini təşkil edir. Onların sahib olduğu enerjini, potensialı doğru istiqamətə yönəltmək və bundan cəmiyyətin inkişafı üçün səmərəli şəkildə istifadə etmək lazımdır. Buna görə də məqsədimiz layihənin icrasında əsas hədəf nöqtəsi gəncləri seçərək onların mövcud potensiallarını düzgün formada inkişaf etdirmək olacaq.
Vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolu sözsüz ki, əvəzedilməzdir. Layihəmizin əsas fəaliyyəti Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə dair məhsuldar məşğulluğu təbliğ etmək məqsədilə Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltməkdən ibarət olacaq. Bunun üçün də Rəqəmsal Texnologiyalar üzrə yerli mütəxəssislərimizin köməyi ilə bir qrup gənclərə rəqəmsal biznes alətləri haqqında təlimlər və həmçinin kiçik bizneslə başlayıb böyük uğurlar necə əldə etmək mümkün olan imkanlar haqqında təlimlər təşkil olunacaq.
Təlimdə Rəqəmsal texnologiyaların üstünlüklərindən istifadə edərək binzes alətlərinin özəllikləri ilə vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılmasıa dair təşəbüslər həyata keçiriləcək.