Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

«MVV İnstruments»lə iş birliyi kimə sərf edir

Bu fırıldaqçı şirkətə qarşı Ukraynada cinayət işi başlanıb

Səhiyyə Nazirliyinin törəmə qurumu olan İnovasiya Təhçizat Mərkəzi dövlət əmlakını talamaqla məşğuldur. Bu barədə məlumatı qəzetimizə etibarlı mənbə verib.  İnovasiya Təhçizat Mərkəzi Azərbaycan tibb ocaqlarına iynə, əlcəkdən  tutumuş bahalı aparatlara qədər gətirən qurumdur. İdarə bütün məhsullarını Ukraynada qeydiyyatdan keçmiş «MVV İnstruments» adlı şirkətdən alır. Səhiyyə Nazirliyində olan mənbənin apardığı araşdımadan sonra məlum oldu ki,  «MVV İnstruments» şirkəti ilə əməkdaşlıq edən İnovasiya Təhçizat Mərkəzi əslində büdcə vəsaitlərini talamaqla məşğul imiş. Belə ki, onlar Aldıqları avadanlıqları çox asanlıqla birbaşa distrubutorun özündən almaq imkanına malik olsalar da bu məhsulları Ukrayna şirkətindən alırlar. Qara mühasibatla işləyən dövlət qurumu avadanlıqlara xərclədiyi pulun 2-3 qatını dövlət büdcəsindən alır. Nazirlikdə mənbənin verdiyi məlumata görə nazirlik hətta Türkiyə istehsalı olan avadanlıqları Türkiyədən birbaşa almaq əvəzinə onları Ukraynanın şirkətindən alır. Əgər bu məhsullar Türkiyənin şirkətindən alınsaydı qiyməti 2-3 dəfə ucuz başa gələcəkdi. Göründüyü kimi ağır durumda olan səhiyyə sistemimizdə rüşvətxorluq da geniş vüsət alıb. Ölkənin milyonlarla vəsaiti isə röşvətxor məmurların cibinə axın etməkdədir. Qəzetimiz məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbaut xidmətinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladı. Liya xanım bizə bildrdi ki, yayılan xəbərlərin heç bir əsası yoxdur.

Xatırladaq ki, MVV İnstruments» şirkətinə qarşı Ukraynada cinayət işi başlanıb və Azərbaycan səhiyyə bazarının əsas avadanlıq təhczatçılarındna biri olan bu şirkət fırıldaqçılıqda ittiham edilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir