Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Gömrük Komitəsinin 2 baş idarə rəisi işdən çıxarılıb

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.
Məlumata görə, V.Novruzovun  yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat  Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə  gömrük xidməti polkovniki Məsum Rəsulov təyin edilib.
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir