Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Moskvada maşınla polisi vurub qaçan azərbaycanlı saxlanıldı

Moskvada Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşını avtomobillə vuran azərbaycanlı saxlanılıb.
APA-nın verdiyi məlumata görə, hadisə martın 18-də axşam Komsomol meydanında baş verib.
Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşı “Hyundai Solaris” markalı avtomobili sənədləri yoxlamaq üçün saxlayıb. Sürücü polisin müşayiəti ilə öz avtomobilində bölməyə getməyə razılaşıb. Ancaq tezliklə aradan çıxmaq istəyən sürücünün qarşısını patrul avtomobilindən çıxan polis kəsmək istəyib. Sürücü isə avtomobillə polisi vurub və aradan çıxıb. Yerə yıxılan polis əməkdaşı əlindən xəsarət alıb.
Sürücü hadisə yerindən qaçsa da, bu gün saxlanılıb.
Azərbaycan əsilli sürücüyə hakimiyyət nümayəndəsinə zorakılıq tətbiq olunması maddəsi ilə cinayət işi açılıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir