Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Sosial-iqtisadi

AZƏRBAYCANIN BEYNƏLXALQ REYTİNQİ ENDİRİLDİ

Nüfuzlu “Fitch ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli  kredit reytinqini  “BBB-“ səviyyəsindən “BB+” və yaxud “zibil” səviyyəsinə endirib. Bu haqda agentliyin açıqladığı press relizdə məlumat verilmişdir. Yeni reytinq dərəcəsi “spekulə edilmiş” və ya “zibil” səviyyə hesab olunur və bu göstərici investisiya yatırımları üçün son dərəcə riskli sayılır.

Agentlik tərəfindən reytinqin endirilməsi dünya  bazarlarında neft qiymətlərinin kəskin ucuzlaşması həmçinin ölkənin valyuta ehtiyatlarının azalması ilə izah olunur.

Qeyd edək ki, cari ilin yanvar ayının 29-da digər reyting agentliyi olan “Standars and Poor’s” reytinq agentliyi də Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinədək endirmişdi. AR Maliyyə Nazirliyi isə reytingin hesablanması zamanı qurumun qərəzli yanaşdığını və bu nəticələrlə razılaşmadığını bəyan etmişdi.

Zamiq Şükürov
iqtisadçı-ekspert

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir