Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Gündəm

Əfqan Muxtarlı vaxtından əvvəl həbsxanaya qaytarılıb

Fevralın 8-də qohumlarının dəfnində iştirak etmək üçün təcridxanadan iki günlük buraxılmış Əfqan Muxtarlı bu gün vaxtından əvvəl Şəki Penitensiar Kompleksinə qaytarılıb.

O, fevralın 8-də iki günlük buraxılmışdı və məzuniyyət müddəti fevralın 10-da səhər başa çatırdı.

Amma bu gün günorta onu tələsik təcridxanaya aparıblar.

Vəkil Nemət Kərimli bunun səbəbini söyləməyə çətinlik çəkib.

“Yalnız onu deyə bilərəm ki, bu, qeyri-insani addımdır”, deyə Kərimli Turan-a müxbiri ilə söhbətində bildirib.

Müşahidəçilərin fikrincə, Muxtarlının vaxtından əvvəl qaytarılması KİV-ə verdiyi müsahibələrdə hakimiyyəti tənqid etməsi və ona qarşı ittihamları ifşa etməsidir.

Xatırladaq ki, Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə Gürcüstan polis əməkdaşları tərəfindən oğurlanıb və Azərbaycan hakimiyyətinə təhvil verilib. Bu zaman onun cibinə 10 min avro qoyulub və o, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunub. Yanvarda məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib.

Muxtarlı Bakıda təqiblərə məruz qaldıqdan sonra Tbilisidə köçüb və Azərbaycanın müxalif nəşrləri ilə işləyib, Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir