Britaniya paytaxtının mərkəzində ölkənin Aİ üzvlüyündən çıxmasına etiraz edənlərin izdihamlı aksiyası keçirilib.
Sosial mediyada təşkil olunan aksiya iştirakçıları o cümlədən “Bremain” yəni “Britania qal”, “Biz Aİ-ni sevirik!” Aİ ilə daha daha güclüyük” şüarlarını gəzdiriblər.
Bu arada Britaniyanın Aİ-dən çıxmasına səs verənlər qarşı tərəfin “isterikaya qapıldığını” deyir.
Yürüş iştirakçıları ümid edirlər ki, parlament ölkənin Avropa İttifaqından çıxmasının qarşısını ala bilər.
“Biz Brexit-in qarşısını ala bilərik /…/ Brexit qərarını yenidən nəzərdən keçirmək üçün parlamenti lazım gələn hər bir vasitə ilə təmin etməliyik ki, o müdrik qərar qəbul etsin. Necə olsa da hakimiyyət xalqa məxsusdur. Laqeydlik göstərməyib təşkilatlansaq vəziyyəti dəyişdirə bilərik”, – yürüş təşkilatçılarının Facebook səhifəsində deyilir.