Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

«Azərbaycan qanunvericiliynə görə, rüşvət vermək cinayət sayılır”

xedice-musahibe«Azərbaycan qanunvericiliynə görə, rüşvət vermək cinayət sayılır, ona görə bu tip addımlarla bağlı da araşdırmaya ehtiyac var»

Araşdırmaçı jurnalist Xədicə Ismayıl bildirdi ki, Ştrasserin layihəsinin qarşısının alınması konkret cinayətdir, burada söhbət rüşvətin alınmasından gedir. Ona görə X.Ismayıl hesab edir ki, üzə çıxan faktlardan Azərbaycan hakimiyyətinin yüngül can qurtarması mümkün olmayacaq: “Əgər həmin cinayətin yerinə yetirilməsi sübut olunarsa, ilk növbədə həmin deputat məsuliyyət daşıyacaq. Bu isə ilk növbədə görk olacaq. Bundan sonra da beynəlxalq təşkilatlar və Azərbaycan hüquq müdafiəçiləri təşəbbüs göstərməlidirlər ki, Ştrasserin hesabatı yenilənmiş variantda səsverməyə qoyulsun”.

Hökumətin beynəlxalq aləmdə təbliği üçün verdiyi rüşvətlərin, “kürü diplomatiyasının” ayrıca araşdırıla biləcəyinə gəlincə isə X.Ismayılın sözlərinə görə, şübhəsiz bu istiqamətdə araşdırmaya ehtiyac var. “Azərbaycan qanunvericiliynə görə, rüşvət vermək də cinayət sayılır. Bəlkə də ictimai bir təşəbbüsə ehtiyac var ki, bununla bağlı bir cinayət işi açın”, deyə X.Ismayıl vurğuladı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir