Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Zaman” qəzeti çevrilişi 9 ay əvvəl bilib – Şok iddia (Video)

“Zaman” qəzeti çevrilişi 9 ay əvvəl bilib - Şok iddia (Video)

İyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhdlə bağlı maraqlı bir iddia ortaya atılıb.
Axar.az xəbər verir ki, Oda TV-də yer alan iddiaya görə, “Zaman” qəzeti hərbi çevriliş olacağını 9 ay əvvəl bilib.
2015-ci il oktyabrın 5-də “Zaman” qəzeti “Sükutun qışqırığı” adlı bir reklam çarxı yayımlayıb. Sözügedən videoda əvvəlcə serena səsləri eşidilir, daha sonra bir körpə doğulur.
“Zaman”nın yayımladığı bu videodan düz 9 ay 10 gün sonra Türkiyədə hərbi çevrilişə cəhd oldu. 9 ay 10 gün eyni zamanda hamiləlik müddətinə bərabərdir.
Məhz bu reklam çarxının hərbi çevrilişə işarə olması və görüntülərdə Türkiyənin guya yeni doğuluşa qədəm qoymasının şifrələndiyi iddia edilir.
322 DƏFƏ OXUNUB

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir