Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Azərbaycan kubokunda sürpriz olmadı

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Media-fakt.info xəbər verir ki, kubokun ikinci oyun günündə 6 qarşılaşma baş tutub. İlk oyun günündə aşağı dəstə təmsilçiləri ilə görüşlərdə rahat qələbə qazanan “Neftçi” və “Qarabağ” kimi digər Premyer Liqa klublarının da çətinlik çəkəcəyi gözlənilmirdi. Bu baxımdan yalnız “Səbail” rəqibin müqaviməti ilə üzləşib. “Şüvəlan”la matçda hesabda geri düşən Premyer Liqanın debütantı özündə güc taparaq, əzmkar qələbə qazanıb. Elitanın digər təmsilçiləri də sürprizə imkan verməyiblər. “Keşlə” və “Kəpəz” 3 cavabsız qolla qalib gəliblər ki, bununla Ramiz Məmmədov və Yunis Hüseynov yeni komandalarında ilk qələbə sevinci yaşayıblar. Həmçinin “Sumqayıt” və “Zirə” də aşağı dəstə təmsilçilərini 3:0 hesabı ilə məğlub ediblər. “Qəbələ” isə “Mil-Muğan”ı “topa tutub”. “Qırmızı-qaralar” zəif rəqibinin qapısından 8 cavabsız top keçirib. Bununla “Neftçi” və “Qarabağ”dan sonra Premyer Liqanın digər komandaları “Keşlə”, “Kəpəz”, “Sumqayıt”, “Zirə”, “Qəbələ” və “Səbail” Azərbaycan kubokunda 1/4 final mərhələsinə adlayıblar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir