Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Azərbaycan San-Marinonu darmadağın etdi – 5:1

Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti qələbəsini qazanıb.
Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv VIII tur çərçivəsində San Marino yığmasını məğlub edib.
Milli komanda “Bakcell Arena”da baş tutan görüşdə rəqibini 5:1 hesabı ilə üstələyib. Bununla da yığma seçmə mərhələlərdə ilk dəfə 10 xal toplanış olub və bir tsikldə 3 qalibiyyət əldə edib.
Bu zəfər sayəsində milli yer aldığı C qrupunda 3-cü pilləyə yüksəlib.
VIII tura bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək Şimali İrlandiya – Çexiya və Almaniya – Norveç qarşılaşmaları ilə yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan yığması bunadək 2014-cü il dünya çempionatının seçmə mərhələsində 9 xal toplamışdı. R.Prosineçkinin baş məşqçisi olduğu komanda cari tsiklə San Marinonu səfərdə, Norveçi isə evdə 1:0 hesabı ilə məğlub etməklə yanaşı, Çexiya ilə rəqib meydanında qolsuz heç-heçə edib.
2018-ci il dünya çempionatının seçmə mərhələsi
C qrupu
Azərbaycan – San Marino 5:1
Qollar: Əfran İsmayılov, 20; 57. Araz Abdullayev, 25. Mikele Çevoli, 71 (öz qapısına). Rəşad Sadıqov, 81 – Mirko Palatsi, 74
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Milutin Cukiç Yovitsa Tatar
Dördüncü hakim: Pavle Radovanoviç
(Hakimlər Monteneqrodandır)
Hakim-inspektor: Kay Osterqard (Danimarka)
Komissar: Oljas Abrayev (Qazaxıstan)
Bakı. “Bakcell Arena”
Xal durumu: Almaniya – 21, Şimali İrlandiya – 16, Azərbaycan – 10, Çexiya – 9, Norveç – 7, San Marino – 0.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir