Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Samir Abasov istefa verdi: Belə şərtlərlə işləyə bilmərəm…

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov istefa verib.
40 yaşlı mütəxəssis bu qərarını “Zirə”yə evdə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 28-ci tur matçından sonra mətbuat konfransında açıqlayıb.
O bildirib ki, bu, komandada sonuncu oyunu olub: “Belə şərtlərlə işləyə bilmərəm. Çünki “Sumqayıt” sanki reabilitasiya mərkəzidir”.
Xatırladaq ki, bu məğlubiyyətdən sonra “Sumqayıt” Premyer Liqanı 5-ci yerdə başa vurub və Avroliqaya vəsiqə qazana bilməyib (Qol.az).

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir