Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Çempionlar Liqası: “Qarabağ”ın növbəti potensial rəqibi bilindi

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən turnirdə Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”ın potensial rəqibi müəyyənləşib.

Belə ki, əgər Ağdam təmsilçisi II mərhələni keçsə, növbəti mərhələdə “Şerif” (Moldova) – “Kukes” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, “Qarabağ” ÇL-in II təsnifat mərhələsinin ilk oyununda “Samtredia”ya 5:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, təmsilçimiz ilk oyununu iyulun 25 və ya 26-sı Bakıda, cavab görüşünü isə avqustun 1 və ya 2-də səfərdə keçirəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir