Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

​Məhkəmədə zəhər içən generaldan YENİ XƏBƏR – VİDEO

Sabiq Xorvat müdafiə şurasının rəhbəri Slobodan Pralyak Haaqada Beynəlxalq Tribunalında keçirilən məhkəmə zamanı intihar edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Hina” agentliyi məlumat yayıb. Verilən məlumata görə, işgəncə generalı kimi tanınan sabiq xorvat general Slobodan Praljak məhkəmə prosesi zamanı zəhər içib.
Hadisə sabiq Yuqoslaviya beynəlxalq cinayət məhkəməsində hərbi cinayətlər prosesində baş verib. Zəhər içən general xəstəxanaya aparılıb. Lakin həkimlər Slobodan Praljakın həyatını xilas edə bilməyiblər. General dünyasını dəyişib.
Qeyd edək ki, S.Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu gün məhkəmə hökmün qüvvədə qaldığını təsdiqləyib.Məhkəmənin bu qərarına etiraz əlaməti olaraq general zəhər içib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir