Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Donald Tramp Kanada baş naziri və Fransa prezidenti ilə ayrı-ayrılıqda görüşdü – İlk açıqlama

Kanadada keçirilən G7 sammitində ABŞ prezidenti Donald Tramp Kanada baş naziri Castin Trudo və Fransa prezidenti Emanuel Makronla ayrı-ayrılıqda görüşüb.
Media-fakt.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ, Almaniya, İngiltərə, Fransa, Kanada və İtaliya liderlərinin Qvebek əyalətində iştirak etdiyi G7 sammiti ikinci gününə daxil olub.
“Münsibətlərimiz çox yaxşıdır. Gömrük vergilərini aşağı salmaq və ölkələrimiz üçün ədalətli nöqtəyə gətirməyə çalışırıq. Çox məsafə aşdıq, amma necə davam edəcəyini görəcəyik” – Tramp Castin Trudo ilə görüşü barədə bu sözləri deyib.
Fransa prezidenti Makron ilə görüşdə isə Tramp ABŞ və Aİ arasında gömrük vergisi və ticarət kimi məsələləri müzakirə edib.
Sammitin ilk günündə liderlər xatirə fotosu çəkdirib və ayaqüstü görüşlər keçiriblər. Daha sonra ikitərəfli görüşlər başlayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir