Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

NATO Litvada təlimlər keçirir

cbed06f1c246b6f016d48827db9224fbLitvada NATO-nun “Iron Sword” adlı təlimləri başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təlimlərdə 4 min hərbçi iştirak edir.

Təlimlərə Böyük Britaniya, Almaniya, Latviya, Litva, Lüksemburq, Kanada, Polşa, Rumıniya, Sloveniya, ABŞ və Estoniya hərbçilərinin qatıldığı bildirilir.

Təlimdə hərbçilər arasında əlaqələndirmə, real döyüş şəraitində birgə fəaliyyətin  yoxlanılması və təkmilləşdirilməsi, hücum və müdafiə əməliyyatlarının təşkili, yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması, döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir