Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

İmtahandan qayıdan abituriyent itkin düşüb- FOTO

Neftçala sakini itkin düşüb.

Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında iştirak etmək məqsədilə Bakıya gedib.
Yaxınlarının dediyinə görə, İbrahim Əliyev iyulun 24-ü saat 07:15 radələrində Bakı Beynəlxalq Avtovağzalından mikroavtobusla Neftçalaya yola düşüb. Lakin hələlik məlum olmayan səbəblərdən evə gəlməyib.

İbrahim Əliyevi görənlərdən və ya onun barəsində hər hansı məlumatı olanlardan 050-727-96-16, 055-907-52-69 nömrələri ilə əlaqə saxlayıb xəbər vermələri xahiş olunur.

Faktla bağlı Neftçala rayon Polis İdarəsində araşdırmalar aparılır. (APA)

İmtahandan qayıdan abituriyent itkin düşüb-

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir