Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Əziz Orucovun səhhəti pisləşib

Vəkil Javad Javadov yazır:
Bu gün Bakı İstintaq Təcridxanasında Kanal13 rəhbəri, jurnalist Əziz Orucovla görüşdüm. Özünün bildirdiyinə görə: 23 iyul 2017-ci il tarixdə saat 19 radələrində qaldığı kamerada kəskin havasızlığa görə huşunu itirmiş və yıxılmışdır. Ayıldıqda kamera yoldaşının köməyi vasitəsi ilə təcridxananın məsul şəxslərini çağırması, sonradan isə həkim çağırıldığını görmüşdür. Ona hansısa adını bilmədiyi dərmanlar verilmiş və sonradan nisbətən vəziyyəti düzəlmişdir.
O dəfələrlə müraciət edərək kamerasına öz hesabına sərinkeş keçirilməsini istəsədə buna imkan yaradılmırdı. Bu səbəbdən sonuncu dəfə evlə danışıq zamanı bu əhvalatı danışarkən qeyri insani rəftardan şikayət etmiş və danışığı yarımçıq kəsiilmişdir. Bu gün ona qohumları tərəfindən sovqatla birlikdə sərinkeş göndərilmiş, lakin günün sonuna qədər çatdırılmamışdır.
Eyni zamanda dəfələrlə təcridxana rəhbərliyinə yazılı və şifahi müracətlərinə baxmayaraq qanunla nəzərdə tutulmuş yaxınları ilə görüş verilmir və tutarlı cavab verilmir. Müdafiə tərəfi bu qanunsluqlarla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət etmək niyyətindədir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir