Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Hacı Qalibin oğlu həbsdə qaldı

Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin apelyasiya şikayətinə baxılıb. Hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara görə, şikayət təmin edilməyib. Ə.Salahzadə bir neçə gün əvvəl həbs edilib. Əlihüseyn Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir