Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Şagirdlərin biznes biliyi artırılıb

 

Dəyirmi masada Samux rayonu , Qarayeri qəsəbəsinin nümayəndəsi Pərvanə Kazımovanın , «Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevinc Kərimova, İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional Mərkəzinin rəhbəri Arzu Hacıyev, Azərbaycan Sahibkar Qadınlar Kondederasiyasının sədri Afina Babayeva, Gəncə AqraBiznes Asossasiyasının nümayəndəsi Nurlana Cavadova çıxış ediblər.

Tədbirdə Qarayayeri qəsəbəsindəki orta məktəblərdən olan 30-dən yuxari sinif şagirdlərinə ölkədə sahibkarlıq fəaliyyəti üçün yaradılmış şərairdən və imkanlardan söz açılıb. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi sahəsində dövlət tərəfindən görülən işlər, qəbul edilmiş qanunlar və dövlət başçısı cənab İlham Əliyev tərəfindən verilmiş çoxlu sayda sərəncamlardan bəhs edilib.

AQSA-sədri Afina Babayeva öz növbəsində gənclərə ünvanlanaraq hazırkı dönəmdə ölkəmizdə gənc insanların biznes fəaliyyəti üçün olduqca münbit şərait olduğunu yada salaraq , onları bu imkanlardan faydalanaraq öz ideya və arzularını reallaşdırmağa çağırıb.

İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax Regional Mərkəzinin rəhbəri Arzu Hacıyev bildirib ki,biznesi dəstəkləmək üçün yaradılmış fondların vasitəsilə sahibkarların kredit çıxışlarının asalaşması ölkədə kiçik və orta sahibkarlığın inkişafna şərait yaratmaqdadır.

Layihə rəhbəri Sevinc Kərimova layihə haqqında danışaraq bildirib ki, layihə ölkədə kiçik və orta biznesin inkişafı yolunda bir təşəbbüsdür. İndiyədək 3 rayonda analoji tədbir keçirilib. 120-dək gənc tədbirlərdə iştirak edib, onlarla mövzu ətrafında müakirələr aparılıb.

Samux rayonu icra başçısının Qarayeri qəsəbəsi üzrə nümayədəsinin müavini Pərvanə Kazımova tədbir təşkilatçlarına təşəkkür edərək bildirib ki, gənclər və yeniyetmələrlə bu kimi sitimullaşdırıcı görüşlərin keçirilməsi olduqca vacibdir.

Diskusiya şəklində keçən dəyirmi masa, ənənəvi olaraq , çay və şirniyat qonaqlığı ilə sona çatdı.

Qeyd edək ki, dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kiçik və orta sahibkarlığın təbliği, gənclər arasında özünə məşğuluğun stimullaşdırılması” layihəsi cərçivəsində təşkil edilib. Eyni mövzuda dəyirmi masalar indiyədək Masallı, Göy-göl və Göyçay rayonlarında da keçirilib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir