
Bugünkü məhkəmədə hökm elan olunmamışdan öncə Fikrət Fərəməzoğlu son sözünü deyib: “6 ay 24 günlük məhkəmədə zərrə qədər də ədalət olmadı. Prosesin gedişində özümü sehrbaz, cin atına minmiş adam kimi hiss elədim. Naxçıvanda ola-ola Bakıdakı adamla görüşmək üçün gərək cin atına minib gələsən. İttiham aktı təpədən-dırnağa qədər yalandır”.