Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Laçın rayon icra başçısı Aqil Nəzərli məcburi köçkünləri susuz qoydu,köçkünlər etiraza qalxır-ŞİKAYƏT

Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkünlər etiraz aksiyası keçirməyə hazırlaşırlar.

Buna səbəb rayon icra başçısı Aqil Nəzərlinin əhaliyə qarşı laqeyid münasibətidir.BakuPress.AZ -a məcburi köçkünlər tərəfindən verilən məlumata görə, qəsəbə sakinlərindən bəziləri su pulunu ödəmədiyi üçün İcra Başçısı Aqil Nəzərli qeyri-adi bir qərar verərək, bütün qəsəbənin suyunun kəsilməsini əmr edib. Bununla da su pulunu vaxtı-vaxtında ödəyən sakinlər də susuz qalıb. İsti yay günündə susuz qalan əhali qəsəbədə olan artezan quyusundan su götürməyə məcbur olub. 552 ailənin bir bulaqdan su götürməsi artezan quyusunun başında uzun növbə yaranmasına səbəb olub. Bundan əlavə, qəsəbədə məskunlaşmış əhali yolların bərbad olmasından da şikayətlənirlər. Sakinlər bildiriblər ki, ən qısa zamanda problemlər həllini tapmasa artezyan quyusunun başında etiraz aksiyası keçirəcəklər. Bizi izləyin…Qarşı tərəf olaraq hər kəsin mövqeyini dərc etməyə hazırıq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir