Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Əfqan Muxtarlının barəsində 3 ay həbs qətimkan tədbiri seçilib

Bu gün Səbail Rayon Məhkəməsində Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

“Report”un məlumatına görə, Ə.Muxtarlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ə.Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) və 206.1-ci (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddələri ilə ittiham olunur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir