Kanal13-ün əməkdaşı Alış Abdullayevin Türkiyədə olması deyilir.

Kanal13 İnternet Tv-nin direktoru Əziz Orucovun həbsindən sonra burada çalışanların da xeyli əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qalmışlar. Sonuncu məlumata görə istintaqda ifadə vermiş Alış Abdullayev də artıq ölkəni tərk etmiş və Türkiyəyə sığınmışdır. Görünən odur ki, Əziz Orucovun məhkəməsinin bitməməsi və cinayət işində bir qrup şəxsin adının keçməsi onları bu addımı atmağa məcbur etmişdir.
A.Abdullayevlə əlaqə saxlamaq mümkün olmasa da, sosial şəbəkələrdə və mətbuatda yazılanlara görə o Türkiyədədir. Lakin, siyasi sığınacaq üçün onun müraciət edib etməməi barəsində məlumat yoxdur.