
Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1995-ci il təvəllüdlü Orucov Elnur Asif oğlu digər taksi sürücüsü ilə müştəri üstündə əlbəyaxa olub. Nəticədə E.Orucov bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.