
İcra müddəti 3 ay nəzərdə tutulan layihədə 16-29 yaş həddində olan gənclər iştirak edəcəklər.
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” layihəsinin əsas məqsədi yeni qəbul olunmuş qanunlarla bağlı əhalinin məlumatlandırılması sahəsində gənc bələdiyyə üzvlərinin rolunun artırılması, həmin gənclərin maarifləndirilməsidir. Layihə müddətində gənc bələdiyyə üzvlərinə hüquqi maarifləndirmə ilə bağlı kitabçalar və bukletlər paylanılacaq.