Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Şanxayda keçirilən “Formula-1” üzrə Çin Qran Prisinə yekun vurulub

Şanxayda keçirilən “Formula-1” üzrə Çin Qran Prisinə yekun vurulub.
56 dövrədən ibarət yürüşün qalibi adına “Mercedes”in britaniyalı pilotu Lüis Hemilton layiq görülüb.
O, finişə 1 saat 37 dəqiqə 36,158 saniyəyə çatıb. İkinci yeri Avstraliyanın Melburn şəhərindəki ilk yürüşün qalibi, “Ferrari”nin alman pilotu Sebastyan Fettel tutub. Üçüncü yerdə isə “Red Bull”un holland pilotu Maks Ferstappen qərarlaşıb. 5 pilot finişə çata bilməyib ki, onların arasında ötən il Bakıda keçirilmiş Avropa Qran Prisinin səfiri, “Maklaren Honda”nın ispan üzvü Fernando Alonso da var.
İlk 2 mərhələdən sonra Hemilton və Fettel hərəyə 43 xalla turnirə liderlik edirlər. Ferstappen 25 xalı var. Konstruktorların mübarizəsində “Mercedes” 66, “Ferrari” 65, “Red Bull Racing Tag Heuer” isə 37 xalla ilk 3 pillədədirlər.
Qeyd edək ki, növbəti Qran Pri 14 – 16 apreldə Bəhreyndə olacaq.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir