Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

“Neftçi”nin baş məşqçisi Vəli Qasımov istefaya göndərilib

“Neftçi” Peşəkar Futbol Klubunun yaydığı rəsmi məlumata görə klubun baş məşqçisi Vəli Qasımov istefaya göndərilib.

Məlumata görə cənab Qasımovla yanaşı klubun icraçı direktoru Elnur Məmmədov və icraçı direktorunun idman məsələləri üzrə müavini Mübariz Xudiyev də vəzifələrindən azad ediliblər.

“Neftçi” Müşahidə Şurasının qərarı klubun son oyunlardakı uğursuz nəticələri ilə əlaqələndirib.

Keçən həftə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdiyi oyunda Neftçi 0-8 hesabıyla məğlub olub.

Klubun bildirdiyinə görə, yeni təyinatlarla bağlı məlumat yaxın zamanda elan olunacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir