
Bundan sonra icra başçısı Mahir Quliyev Xırmandalı kəndindəki 2 saylı orta məktəbin iclas zalında kənd sakinləri ilə görüşərək bir çox problemlərin yaxın zamanlarda həllini tapacağına söz verib.
***
Biləsuvarda bir qrup sakin etiraz aksiyası keçirir.
BakiPost.az xəbər verir ki, etirazçılar rayondan keçən Bakı-Astara yolunu bağlayıblar. Aksiyanın səbəbi isə sosial yardımların xeyli müddətdir, verirlməməsidir.
Hazırda sözügedən yolda hərəkət tamamilə dayanıb, böyük tıxac yaranıb.